Faciə qurbanları anıldı
Beyləqan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Beyləqan rayon komitəsinin təşkilatçılığı  ilə 26 fevral Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbir Beyləqan rayonunda yerləşən Xocalı adidəsinin ziyarəti ilə başlayıb. 
Tədbirdə ATİAHİ Beyləqan rayon komitəsinin sədri Tahir Həsənov çıxış edərək Xocalı hadisəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirdə Rayon Təhsil Şöbəsinin HİK sədi Anar Yaqubov, Gənclər İdman İdarəsinin rəisi Sənan Quliyev Xocalı soyqırım hadisəsi ilə bağlı çıxış ediblər.
Qeyd edək ki, soyqırımın 30 illiyi ilə əlaqədar rayonda “Xocalı qan yaddaşımızdır” rəsm, inşa yazı müsabiqələri və basketbol üzrə rayon birinciliyi də keçirilib. Qaliblər ATİAHİ Beyləqan rayon komitəsinin sədri Tahir Həsənov tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub. 
Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo