Beyləqanda şəhidlərin xatirəsinə həsr olunan futbol turniri keçirilib

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində şəhid Pərvin Əliyevin adını daşıyan stadionda Şəhidlərin xatirəsinə həsr olunan futbol turniri keçirilib.
Tədbirdə Beyləqan Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bakir Həsənov, Beyləqan rayon Təhsi sektorunun metodisti Anar Yaqubov, ATİAHİ Beyləqan rayon komitəsinin sədri, Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Füzuli rayon təşkilatının sədri Tahir Həsənov, şəhid Pərvin Əliyevin atası, anası, babası, qardaşları, Qəhrəmanlı qəsəbə tam orta məktəbin direktoru Nizami Bərxudarov,  həmin məktəbin müəllim və şagirdləri, qonaqlar  iştirak ediblər. Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimindən sonra yarışlara start verilib. Finalda Beyləqan rayon I Aşıqlı  kənd və Bahar qəsəbə tam orta məktəblərinin futbolçuları qarşılaşıb.
Gərgin və mübarizə şəraitində keçən yarışda I Aşıqlı kənd  tam orta məktəbin komandası qalib gələrək I yeri, Bahar qəsəbə məktəbinin komandası II yeri və Qəhrəmanlı məktəbliləri III yeri tutublar. Onlara diplom və kuboklar təqdim edilib. Turnirin qalibi olmuş I Aşıqlı kənd tam orta məktəbin komandası onlara təqdim olunan kuboku şəhid Pərvin Əliyevin atasına təqdim ediblər.
Eyni zamanda ATİAHİ Beyləqan rayon komitəsinin sədri Tahir Həsənov şəhidimizin anasına  “Qəhrəman Ana” Fəxri fərmanını təqdim edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo