Beyləqanda şəhid ailələri və qazilər ziyarət olunub
Martın 15-də ATİAHİ Beyləqan rayon komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş rayonun Təzəkənd kənd tam orta məktəbinin çağrışaqədərki hazırlıq rəhbəri Əvdil Quliyev ailəsi ziyarət olunub, qayğıları ilə maqlanılıb. Şəhidin ailəsi Əvdillə bağlı xatirələrini bölüşüblər.

Rayon komitəsinin sədri Tahir Həsənov bildirib ki, Əvdil xalqımızın qəhrəman oğullarından biridir: “O, Vətən uğrunda şirin canından keçib, torpaqlarımızın düşməndən azad olunmasında iştirak edib. Əvdil kimi oğullarımızın əziz xatirəsi xalqımızın qəlbindən heç zaman silinməyəcək”.

Şəhidin ailəsinə Novruz sovqatı təqdim olunub.

Bundan başqa, Vətən müharibəsi qazisi Beyləqan şəhər 4 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Orxan Səfərov, Kəbirli kənd 1 nömrəli tam orta məktəbin çağrışaqədərki hazırlıq rəhbəri Əlsəfa Şəfiyev və Kəbirli kənd 2 nömrəli tam orta məktəbin çağrışaqədərki hazırlıq rəhbəri Dəyanət Fərzəliyevə baş çəkilib, keçdikləri döyüş yolundan danışılıb. Ziyarət olunan şəxslərə bayram sovqatları verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo