Beyləqanda fərqlənmə attestatı alan şagirdlər mükafatlandırılıb

İyulun 25-də Beyləqan Rayon Gənclər Mərkəzində 2021-2022-ci tədris ilində rayon ümumtəhsil müəssisələri üzrə ümumtəhsil və tam orta təhsil səviyyəsini fərqlənmə attestatları ilə bitirən məzunlarla və respublika fənn olimpiadalarının final turunda yer qazanmış şagirdlərlə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir Gənclər Mərkəzində davam etdirilib. 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ATİAHİ Beyləqan rayon komitəsinin sədri Tahir Həsənov çıxış edərək ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, 2021-2022-ci tədris ilində rayonun təhsil ocaqlarından 15 nəfər məzun fərqlənmə attestatı alıb, həmçinin iki şagird də respublika fənn olimpiadalarının final turunun qalibi olub. T.Həsənov fərqlənmə attestatı alan məzunları və olimpiadalarda yüksək nəticə göstərən şagirdləri təbrik edib. Sonra həmin məzunlara Beyləqan rayon komitəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo