2 fevral Gənclər günü qeyd olundu
ATİAHİ Tovuz rayon komitəsinin təşkilatçılığı ilə Tovuz rayonun təhsil müəssisələrində işləyən gənc müəllimlərin iştirakı ilə 2 fevral Gənclər Günü münasibətilə tədbir təşkil olunub. Gənc müəllimlərlə yanaşı rayonun təhsil ictimaiyyətinin də iştirak etdiyi tədbirdə gənclərin Azərbaycan cəmiyyətinin, rayonun ictimai həyatında iştirakından danışılıb. Qeyd olunub ki, gənc müəllimlərin Tovuz rayonunda təhsil sahəsinin inkişafında mühüm rolu var. Tədbirin sonunda gənc müəllimlərə  ATİAHİ Tovuz rayon komitəsinin fəxri fərmanları təqdim edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo